Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 15:43

Böyük Britaniya Azərbaycanı vətəndaş cəmiyyətinin roluna hörmət etməyə çağırır


-
Böyük Britaniyanın Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi Anar Məmmədliyə son məhkəmə hökmünə dair bəyanat yayıb. Xarici İşlər Nazirliyi Azərbaycanı vətəndaş cəmiyyətinin roluna hörmət etməyə çağırıb.

TENDENSİYANI DƏYİŞİN

Bəyanatda deyilir ki, mayın 26-da Bakıda üç vətəndaş cəmiyyəti fəalına cəza kəsilməsi ölkədə vətəndaş cəmiyyətinə təzyiqlərdə narahatlıq yaradan cərəyandır. Öncə NİDA-çı gənclərə və siyasi müxalifət fəallarına məhkəmə cəzaları kəsilib.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib:

“Xarici İşlər Nazirliyi Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova iş kəsilməsindən dərin məyusluq keçirir. Bu iş çoxlarının Azərbaycanda hüququn aliliyinin seçimlə tətbiqi sarıdan narahatlığını bir daha üzə çıxardı. Müstəqil seçki müşahidəçiləri demokratik cəmiyyətin inkişafına mühüm rol oynayır və onların öz işini təhdid qorxusu olmadan davam etdirilməsinə şərait yaradılmalıdır. Böyük Britaniya Azərbaycanı ədalət prinsiplərinə hörmət etməyə və bu narahatedici tendensiyanı dəyişməyə çağırır”.
XS
SM
MD
LG