Keçid linkləri

2017, 28 Aprel, Cümə, Bakı vaxtı 22:15
-

Yaponiya hökumətinin «Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı» proqramı çərçivəsində Şəmkirin Sabirkənd yaşayış məntəqəsində tibb məntəqəsi açılıb.

Mərasimdə rayon icra hakimiyyətinin başçısı Nazim Veyisov, millət vəkili Məlahət İbarahimqızı, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşe və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov və rayon ziyalıları iştirak edib.

4 kəndin 12 min sakininə xidmət edəcək tibb məntəqəsi 12 otaqdan ibarətdir.

Sözü gedən layihənin ümumi dəyəri 120 min 506 ABŞ dolları təşkil edir.
XS
SM
MD
LG