Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:31

İranda azərbaycanlı fəal həbs edilib


-
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Məsumə Quluzadə mayın 21-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları tərəfindən Türkiyədən İrana ailəsini görməyə gəldikdən sonra saxlanılıb.

Tehranın Əllamə Təbatəbayi Universitetində fəlsəfə üzrə magistr təhsili almış təbrizli xanım Türkiyədə ali təhsilini davam etdirir. Hazırda solçu fəalın harada saxlanıldığı barədə heç bir məlumat yoxdur.

M.Quluzadənin səhhətinin yaxşı olmadığı, ona troid xəstəliyi diaqnozu qoyulduğu, ürəyində və qaraciyərində problem olduğu bildirilir. O, 2009-cu ildə İranda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz etdiyinə görə Təbrizdə saxlanılsa da, daha sonra sərbəst buraxılıb.
XS
SM
MD
LG