Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:55

Dünya Çempionatında 1-ci yer tutan idmançıya 15 min manat veriləcək


Arxiv foto
Arxiv foto
-

«Olimpiya Oyunları, Olimpiya Proqramına daxil olan idman növləri üzrə Dünya və Avropa çempionatları və Kubok yarışlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında» qanuna dəyişiklik edilib. Bu barədə «Azərbaycan» qəzetinin rəsmi saytı yazıb. Qərarda göstərilir ki, adından «Olimpiya» Oyunları» ifadəsi çıxarılıb. Dəyişiklikdən sonra mükafatlandırılacaqlar siyahısına Dünya və Avropa çempionatları, fərdi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərən Azərbaycan idmançıları və onların məşqçiləri də daxil edilib.

Eyni zamanda ümumi hesabda Dünya və Avropa kuboklarının final yarışlarında yüksək nəticələr göstərən Azərbaycan idmançıları və onların məşqçiləri də mükafatlandırılacaqlar.

Qərara əsasən mükafatların məbləğləri də artırılıb.

Dəyişikliyə əsasən, siyahıya əlavə edilən Dünya Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi 15000 manat və 7500 manat, ikinci yer 10000 manat və 5000 manat, üçüncü yer 6000 manat və 3000 manatla mükafatlandırılacaq. Avropa Çempionatında birinci yeri tutmuş idmançı və onun məşqçisi 10000 manat və 5000 manat, ikinci yer üzrə 6000 manat və 3000 manat, üçüncü yer üzrə 2000 manat və 1000 manatla mükafatlandırılacaq. Ümumi hesabda Dünya Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçilərinin mükafat məbləği 20000 manat və 10000 manat, ikinci yer 15000 manat və 7500 manat, üçüncü yer 10000 manat və 5000 manat olacaq. Avropa Kubokunun finalında birinci yeri tutmuş komandanın idmançıları və komandanın məşqçiləri 15000 manat və 7500 manat, ikinci yer 10000 manat və 5000 manat, üçüncü yer 8000 manat və 4000 manat məbləğində mükafatlandırılacaqlar.
XS
SM
MD
LG