Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 17:31

MTN əməkdaşları Rauf Mirqədirovu atasının hüzr məclisinə gətiriblər [Video/Foto]


Həbsdə olan jurnalist Rauf Mirqədirov atasının dəfn mərasiminə gətirilib
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

Həbsdə olan jurnalist Rauf Mirqədirov atasının dəfn mərasiminə gətirilib

-
Məlumatlar xronoloji ardıcıllıqla yerləşdirildiyindən ən son xəbərlər yazının əvvəlindədir.

Atasının dəfni ilə əlaqədar 3 gün evdə qalmağa icazə verilən Rauf Mirqədirov deyib ki, indiyədək ona heç bir təzyiq olmayıb:

«Atamın dəfn mərasimində iştiraka şərait yaratdıqlarına görə təşəkkürümü bildirirəm. Başqa bir bəyanatım olmayacaq».

***
Həbibulla Mirqədirov «Qurd Qapısı» qəbiristanlığında dəfn edilib.

***

Atasının dəfninə qatılmaq üçün Rauf Mirqədirovu MTN-nin istintaq təcridxanasından evlərinə gətiriblər.

Rauf Mirqədirova jurnalistlərlə görüşməyə imkan verilmir. Mühafizəçilər ona yaxınlaşmağa, şəklini çəkməyə şərait yaratmır.

****

Rauf Mirqədirova atasının dəfnində iştirak etməyə rəsmi icazə verilib.

Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.

Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov dəfni bu gün saat 5-də olacaq.

«AXTARIŞDAN BİR SUTKA KEÇMƏMİŞ VƏFAT ELƏDİ»

Mayın 24-də «Ayna»-«Zerkalo» qəzetlərinin həbsdə olan əməkdaşı Rauf Mirqədirovun atası Həbibulla Mirqədirov vəfat edib.

Bu haqda AzadlıqRadiosuna Rauf Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib.
«Həbibulla Mirqədirovun 84 yaşı var idi. Ancaq çox ciddi problemləri yoxdu. Dünənki axtarışdan bir sutka keçməmiş vəfat elədi».

Rauf Mirqədirovun atasının dəfnində iştirak edib-etməyəcəyi ilə bağlı vəkil deyir ki, buna görə müstəntiqlərə müraciət edib:

«Bu haqda məsələ qaldırmışıq. Milli Təhlükəsizlik Nazirliyini də, Baş Prokurorluğu da məlumatlandırmışıq. İndi onlardan cavab gözləyirik».

Mayın 23-də Həbibulla Mirqədirovun evində axtarış aparılmışdı.

Rauf Mirqədirova qarşı Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə jurnalist barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Rauf Mirqədirov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

Jurnalistin özü bu ittihamları rədd edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG