Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:49

Polis Hökməli sakinin narkotik maddə satmaq ittihamı ilə saxlandığını bildirir


Hökməli sakinləri mayın 22-də Bakı-Şamaxı yolunu bağlayarkən.
Hökməli sakinləri mayın 22-də Bakı-Şamaxı yolunu bağlayarkən.
“Hökməli qəsəbə sakini Rasim Cəbrayılov mayın 18-də polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanıb və baxış zamanı onun üzərindən heroin aşkarlanıb”.

Bunu AzadlıqRadiosunun sorğuna cavab olaraq DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyib.

Onun dediyinə görə, faktla bağlı narkotik vasitələrin satışını nəzərdə tuitn müvafiq maddə ilə cinmayət işi başlanılıb. Məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib.

Dünən Hökməli kənd sakinləri Rasim Cəbrayılovun həbsinə etiraz olaraq Bakı-Şamaxı yolunu bağlamışdılar. Onun oğlu Kənan Cəbrayilov AzadlıqRadiosuna bildirmişdi ki, atasının həbs olunma səbəbi onlara məlum deyil və Rasim Cəbrayılovun bu hadisədən infarkt keçirib.

DİN rəsmisi bildirir ki, Rasim Cəbrayılov əvvəllər quldurluq, narkotik vasitələrin satışı və s. ağır cinayətlərə görə dəfələrlə məhkum olunub.

Amma polisin bu ittihamları ilə bağlı Rasim Cəbrayılovun ailəsindən hələlik hər hansı reaksiya yoxdur.
XS
SM
MD
LG