Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 16:12

İstanbulda aldığı yaralardan 2-ci adam öldü


İstanbulda polislə etirazçıların toqquşmasında aldığı yaralardan daha bir adam öldü.
İstanbulun bələdiyyə başkanı Avni Mutlu mayın 23-də bildirib ki, həmin şəxs qumbara partlamasından aldığı yaralardan ölüb. Başkan həmin şəxsin adını deməyib.

Mayın 22-dən 23-nə keçən gecə İstanbuldakı toqquşmalarda ölən digər şəxs 30 yaşlı Uğur Kurt idi. O, başından güllə ilə vurulub.

Kurt hökumət əleyhinə etirazlarda iştirak etymirdi. İstanbula dəfn mərasiminə gəlibmiş. Həmin dəfn mərasimi etirazlar olan yerin yanında imiş.

Gecəki toqquşmalarda 10 nəfər yaralanıb.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib.
XS
SM
MD
LG