Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:08

«Mehriban Əliyeva birinci xanımlığın mükəmməl nümunəsini yaradaraq...»


Mehriban Əliyeva
Mehriban Əliyeva
-

Mayın 23-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


AZƏRBAYCANDA PULU HARADA SAXLAMAQ SƏRFƏLİDİR?

«Bizim Yol» qəzeti yazır ki, hazırda ölkədə fəaliyyət göstərən 43 bankdan 20-si etibarlı sayılır. «Amma «Royal Bank» təcrübəsi göstərdi ki, heç də ilk 20-yə daxil olan banklar hər zaman etibarlı olmur. İqtisadçı ekspert Akif Nəsirli hesab edir ki, bütün seqmentləri incələdikcə Azərbaycanda risksiz sahə yoxdur. Pulların depozitdə yatırılması nisbətən risksiz sayılır. Bu da əmanətlərin sığortalanmasından asılıdır. Gəlir götürmək üçün 9-10 faizdən yuxarı təklif edilən faizlərlə əmanət yatırmaq olar. Burada da bankın Mərkəzi Bankın tələblərini nə dərəcədə yerinə yetirməsindən asılıdır».

SON ZƏNG NECƏ KEÇİRİLƏCƏK?


Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində «Son zəng»in necə keçiriləcəyinə aydınlıq gətirib.

Nazirlikdən Trend-ə bildiriblər ki, bu il ümumtəhsil məktəblərində «Son zəng» tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq. Nazirlik yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə bəzi tövsiyələrini də verib.

Tövsiyələrdə bildirilib ki, «Son zəng» tədbiri bilavasitə təhsil müəssisələrində keçirilməli, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunmalı, təhlükəsizliklə bağlı lazımi işlər görülməlidir.

ƏLİ İNSANOV ƏFV ƏRİZƏSİ YAZMAYACAQ

Əli İnsanov
Əli İnsanov
«Azadlıq» qəzeti yazır ki, bunu Əli İnsanovun vəkili iki gün qabaq desə də, hüquq müdafiəçisi Novella Cəfəroğlu sabiq nazirin adından ərizə yazdığını deyir. «Həmin ərizəni Əli İnsanovun, eləcə də digər məhbusların adından biz, hüquq müdafiəçiləri yazıb prezidentə göndərmişik. İctimai təşkilat olaraq bizim buna hüququmuz çatır. Əfv olacağına da əminik və gözəyirik».
Əli İnsanovun vəkili Toğrul Babayev isə nə özünün, nə də Əli İnsanovun hüquq müdafiəçilərinə əfvlə bağlı müraciət etmədiklərini deyib.

AVROPADAKI AZƏRBAYCANLILAR VƏTƏNDAŞLIQ QANUNUNA DƏYİŞİKLİK LAYİHƏSİNƏ QARŞI ÇIXDI

Avropada yaşayan azərbaycanlıların yaratdığı Demokratik Azərbaycan Hərəkatı Milli Məclisin vətəndaşlıq qanununa etmək istədiyi dəyişikliklərə münasibət bildirib.

«Media forum» saytının məlumatına görə, ictimaiyyətə, Milli Məclis rəhbərliyinə və deputatlara ünvanlanan müraciətdə deyilir: «Biz Milli Məclisin «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» qanuna əlavə və dəyişikliklərə hazırlaşmasını çox təəssüflə qarşıladıq və ciddi narahat olduq. Çünki qanunun 10-cu maddəsinə əlavə olunacaq ikinci hissədə deyilir: «Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı 1 ay müddətində bu barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar».

Bu dəyişiklik təhlükəli bir niyyətdən xəbər verir. Ona görə ki, bu gün Azərbaycan Respublikasının on minlərlə vətəndaşı müxtəlif xarici ölkələrdə yaşayır və onlar həmin ölkələrin qanunlarına uyğun olaraq bir sıra hallarda əcnəbi dövlətin vətəndaşlığını qəbul etməli olurlar. Bir çox hallarda həmin dövlət Azərbaycan vətəndaşının qarşısında heç bir xüsusi öhdəlik qoymur. Eyni zamanda xüsusi bildirmək lazımdır ki, bu günə qədər on minlərlə azərbaycanlı müxtəlif ölkələrin vətəndaşlığını alsa da, Azərbaycan vətəndaşlığını saxlayır. Qanuna edilən dəyişiklik faktiki olaraq hüquq mühafizə orqanlarının əlinə xaricdə yaşayan və əcnəbi vətəndaşlığı olan istənilən şəxsi cinayət məsuliyyətinə cəlb etməyə imkan verir».

ELÇİN ŞIXLI: «İNDİ YƏQİN CIZIĞIMDAN ÇIXMIŞAM»


Elçin Şıxlı
Elçin Şıxlı
Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində «Ayna» və «Zerkalo» qəzetinin baş redaktoru deyib. Elçin Şıxlı bildirib ki, «iki dəfə dindirilmişəm, ondan sonra da dilimdən yazılı iltizam vermişəm ki, nədən danışdığımı açıqlamayacağam. Bu istintaqın sirri və qanunun tələbidir».

Elçin Şıxlı rəhbərlik etdiyi qəzetin bağlanma təhlükəsinin olub-olmaması haqqında suala isə «belə bir ehtimal var» cavabını verib.

BİRİNCİ XANIM


«Azərbaycan» qəzeti bu başlıqlı yazını ölkənin birinci xanımı Mehriban Əliyevaya həsr edib. Qəzet yazır: «O öz missiyasının icrasına başlayanda Qərb cəmiyyətlərindən fərqli olaraq Azərbaycanda Birinci Xanım statusu daşıyan şəxsin davranış normaları, yerinə yetirməli olduğu vəzifələrlə bağlı istinad ediləsi sistemli qaydalar, komplekslər mövcud deyildi. Ümumiyyətlə, dünyanın heç bir yerində Birinci Xanım statusunda necə davranmağın qaydalarını öyrədən universitetlər, təhsil mərkəzləri yoxdur.

Mehriban xanım Əliyeva isə öz missiyası ilə bütün dünyada birinci xanımlığın mükəmməl nümunəsini, yeni meyarlarını yaradaraq göstərdi ki, ölkənin birinci xanımı statusunu daşıyan bir qadını öz statusuna hazır və layiq edən yeganə qüvvə insanın yer üzündəki məsuliyyətini dərk etməsi hissidir...».

BİR NEÇƏ GÜN ƏVVƏL QƏZAYA DÜŞƏN HƏRBÇİ ÖLÜB

APA-nın məlumatına görə, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədov aldığı xəsarətlərdən müalicə aldığı hərbi hospitalda vəfat edib.

Hadisə mayın 18-də 3-cü mikrorayon dairəsində qeydə alınıb. «Mercedes» markalı maşın yolu keçmək istəyən piyada, Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. Qəza nəticəsində o ölüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG