Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:05

Su probleminə etiraz edən Nehrəm sakini aclığı dayandırıb


Vəfadar Eyvazov
Vəfadar Eyvazov
-

Nehrəm sakini Vəfadar Eyvazov kənddəki su probleminə etiraz olaraq keçirdiyi aclıq aksiyasını dayandırdığını bildirir. O, AzadlıqRadiosuna deyib ki, aksiyanın dayandırmasına səbəb səhhətində yaranan problemlər olub:

«Bir neçə gündür ayağımda, mədəmdə və digər orqanlarımda ağrılar başlamışdı. Əvvəllər bu cür problemlər olmamışdı. İndi hazırlaşıram İrana, yaxud Türkiyəyə müalicəyə gedəm. Suyu da vermədilər. Əkinim yandı, getdi».

Babək rayon Nehrəm kən sakini Vəfadar Eyvazov mayın 16-dan aclığa başladığını bildirirdi.

Buna qədər isə o, boynundan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova ünvanlanmış «Cənab sədr, bizə su verin!» şüarı yazılmış lövhə asmışdı. O, bu yolla Nehrəm kəndindəki su problemini rəhbərliyin diqqətinə çatdırmaq istəyirdi.

Nehrəm kənd bələdiyyəsinin sədri Tofiq Abutalıbov isə Vəfadar Eyvazovun aclıq aksiyası keçirdiyindən xəbərsiz olduğunu bildirib.
XS
SM
MD
LG