01:30
23.5.2014
Putinin faşist yuvası adlandırdığı yerdə Mişka və Panda üzə çıxdı (VideoBloq1)
Ukraynada prezident seçkilərini izləyən Kənan Kazımoğlunun "Sağ sektordan sol cinahadək" videobloq silsiləsinin ilk qəhərmanları əmindirlər ki, Donbasda adamlar heç kimin tanımadığı respublikada deyil, dinc bir ölkədə yaşamaq istəyirlər.
21:26
22.5.2014
SEPARATÇILAR UKRAYNA SEÇKİLƏRİNƏ MANE OLURLAR
Ukrayna prezident seçkilərinə bir neçə gün qalıb. Daxili işlər naziri Arsen Avakov bu günlərdə bildirmişdi ki, Luqansk və Donetsk vilayətlərində seçkilərin tam şəkildə keçirilməsi sual altındadır. Mayın 22-də Donetsk şəhərində sonuncu, 43 nömrəli dairə seçki məntəqəsi də aqressiv separatçıların hədə qorxularından sonra işini dayandırmağa məcbur obub.

20:23
22.5.2014
#Ukrayna 22 may hücumlarındakı itkilərinin dəqiq sayını açıqladı http://t.co/TRcGLYHZOu
— AzadliqRadiosu (@RadioAzadliq) 22.5.2014
18:50
22.5.2014
Evi yanan Slavyansk sakini Ukrayna hakimiyyətini ittiham edir. Lakin separatçıların YT-da yerləşdirdiklən bu videodan görünür ki, həmin ərazidən Ukrayna ordusunun mövqeləri atəşə tutulub. Videonun sonunda (8:30-dan sonra) yaraqllardan biri yoldaşına irad tutur ki, niyə dinc sakinlərin evlərinin yanından atəş açır. "Sizə görə evi yandırdılar" deyir