Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:31

Avropa Parlamentinə seçkilər başlayıb


-
Niderlandda seçki məntəqələri açılıb. Avropa Birliyi üzvləri arasında ilk dəfə olaraq Avropa Parlamentinə seçkilər bu ölkədən başlayır.

Dörd günlük səsvermə prosesində 400 milyon seçici səs verib. 2014-2019-cu illərdə Brüssel və Strasburqda qurumun sessiyalarına qatılmaq üçün 751 təmsilçi seçilir.

Hər bir AB üzvünə görə üzvlərin sayı əhalinin sayına əsasən müəyyənləşdirilir.

Yerlərdən çoxu Almaniya (96), Fransa (74), Böyük Britaniya və İtaliyanın (73) payına düşür. Kiçik ölkələr – Kipr, Malta, Estoniya və Luksemburqun hərəsinin altı yeri var.

2009-cu ildə Lissabon sazişi qüvvəyə minəndən sonra, Avropa Parlamenti Avropa Komissiyası prezidentinin seçimində birbaşa səs hüququna malikdir.
XS
SM
MD
LG