Keçid linkləri

2025, 12 İyul, şənbə, Bakı vaxtı 20:40

Çinin qərbində bazara hücumda azı 31 nəfər ölüb


Urumçidə bazar
Urumçidə bazar
-
Çindən gələn məlumatlara görə, bazara hücumda azı 31 nəfər ölüb və 90 nəfər yaralanıb. Hücumçular pəncərələrə partlayıcı atıblar. Hücum Urumçidə həyata keçirilib.

Xinjiang yerli hökuməti yaydığı bəyanatda mayın 22-də səhər baş verən hücumu “ciddi zorakı terror hücumu” adlandırıb.

Pekin bildirir ki, islamçı ekstremistlər və xarici qrupların dəstəklədiyi separatçıların terror hədəsilə üz-üzə qalıblar.
XS
SM
MD
LG