Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:55

AŞPA sədri Azərbaycana gəlir


Anne Brasseur
Anne Brasseur
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Anne Brasseur bu gün Azərbaycana səfərə gəlir.

Anne Brasseur AŞPA-nın Daimi Komitəsinin iclası çərçivəsində Bakıda yüksək səviyyəli danışıqlar aparacaq.

Məlumatda qeyd olunur ki, bu gün Anne Brasseur Azərbaycanın rəhbərliyi və Milli Məclisin sədri Oqtay Əsədovla görüşəcək.

Sabah isə AŞPA sədrinin Baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Xanım Brasseur səfərin yekunlarına dair mayın 23-də mətbuat konfransı keçirəcək.
XS
SM
MD
LG