Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:45

Yoxsullar ölkəsində kral kimi yaşayan Fidel Castro


Fidel Castro, 2012
Fidel Castro, 2012
-

Fidel Castro orta əsr kralları və müasir milyonçular kimi dəbdəbə içində yaşayıb:

Şəxsi yaxtası olub. Karib dənizindəki adada rahat malikanədə yaşayıb. Hovuzunda delfin, həyətində tısbağa ferması. Yanında da həmişə 2 şəxsi qan donoru.

Bunu Kuba inqilabının banisi haqda keçmiş cangüdəni Juan Reinaldo yazır.

O, “Fidel Kastronun gizli həyatı” kitabında iddia edir ki, inqilab lideri öz xalqından məhruhimiyyətlərə dözməyi, aza qane olmağı istəsə də, özü onilliklər boyu kefindən qalmayıb. Kapitalist dünyasını daim “ifşa etsə də”, sosialist Castro özü biznesmenlərə xas lüksdan imtina etməyib.

Juan Reinaldo 17 il Castro-nun elit mühafizə dəstəsinin üzvü olub. O, istefaya çıxmaq istəyini bildirəndən sonra inqilab liderinin gözündən düşdüyünü, “it kimi” türməyə atıldığını, tarakanların qaynaşdığı kamerada saxlandığını, işgəncələrə məruz qaldığını yazır.

Azadlığa çıxandan sonra o, 2008-ci ildə Amerikaya qaça bilib.

2006-cı ildə ağır xəstələnəndən sonra Fidel hakimiyyəti kiçik qardaşı Raula verib. İndi nadir hallarda ya məqaləsi çıxır, ya da açıqlama verir.

Axırıncı dəfə dostu, Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in ölümündən kədərləndiyini bildirmişdi.

Guardian

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG