Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:21

AŞ Azərbaycanda bir neçə milyon avroluq layihə həyata keçirəcək


-
Mayın 20-də Bakıda Avropa Şurasının 2014-2016-cı illər üzrə Azərbaycan üçün Fəaliyyət Planının təqdimatı keçirilib.

MÜNASİBƏTLƏRDƏ YENİ MƏRHƏLƏ

Ədliyyə Nazirliyinin məlumatında deyilir ki, bu plan Azərbaycan və AŞ-nın birgə təşəbbüsü ilə gələcək strateji prioritetləri müəyyən edir.

Nazir Fikrət Məmmədov çıxışında Fəaliyyət Planının qəbul olunması ilə ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəldiyini vurğulayıb. O, Planın demokratiyanın inkişafına, insan hüquqlarının etibarlı təminatına və qanunun aliliyinə xidmət edəcəyinə əminliyini bildirib.

Avropa Şurasının Baş katibi Thorborn Jagland Fəaliyyət Planının əsas prioritetlərinə toxunub. Baş katib demokratik ölkələr üçün vacib olan insan hüquqlarının qorunmasında və korrupsiya ilə mübarizədə mühüm rol oynayan ədalətli məhkəmə sisteminin təkmilləşdirilməsindən danışıb.

İNSAN HAQLARI ÜZRƏ LAYİHƏLƏR OLACAQ

Fəaliyyət Planı AŞ Nazirlər Komitəsi tərəfindən aprelin 16-da qəbul olunub. Avropa Şurasının yaydığı məlumata görə, məqsəd Azərbaycanın qanunvericiliyini, müəssisələrini və təcrübəsini Avropa standartlarına uyğunlaşdırmasına yardım göstərməkdir. Planda insan haqları, ifadə və media, sərbəst toplaşma azadlıqları və korrupsiya ilə mübarizə sahəsində bir sıra layihələr nəzərdə tutulub.

Sənəd ölkənin prioritetlərini, Avropa Şurasının ayrı-ayrı qurumlarının hesabatları, qətnamələri və tövsiyələrini əhatələyir. Belə ki, Nazirləri Komitəsinin Demokratiya üzrə Məruzəçi Qrupunun son hesabatında Azərbaycanın AŞ qarşısındakı öhdəliklərinə əməl etməsi yönündə ciddi irəliləyişə nail olunmasının vacibliyi vurğulanır.

SAHƏLƏR

Fəaliyyət Planı aşağıdakı sahələri əhatə edir:

- Sərbəst toplaşma azadlığı
- İfadə, media və birləşmə azadlıqları
- Yaxşı idarəçiliyin möhkəmləndirilməsi və korrupsiya ilə mübarizə
- Azad və ədalətli seçkilərə dəstək
- Məhbusların hüquqları və cəzasızlıq və pis rəftarla mübarizə
- Məhkəmə sisteminin və administrasiyanın səmərəsin artırılması
- Avropa İnsan Haqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun tətbiqi
- Yerli demokratiya
- Kiber-cinayətkarlığa qarşı əməkdaşlıq
- Mədəniyyətlərarası dialoq

FƏALİYYƏT PLANI 2 MƏRHƏLƏDƏN İBARƏTDİR

Sənəddə hər bir sahə üzrə fəaliyyət planı nəzərdə tutulub. Məsələn, sərbəst toplaşma azadlığı üzrə Avropa Şurası və Azərbaycanın dialoqu iki mərhələdən ibarət olacaq.

Birinci mərhələdə deputatlar, hökumət və məhkəmə təmsilçiləri, Ombudsman, mülki cəmiyyətin iştirakıyla sərbəst toplaşma azadlığı üzrə dəyirmi masalar nəzərdə tutulub. Ehtiyac olarsa, qanunvericiliyə dəyişikliklərə hazırlıq aparılacaq.

İkinci mərhələdə yerli hakimiyyət orqanı, polis və hüquq-mühafizə idarələri, hakim və prokurorlara təlim keçilməsi nəzərdə tutulur.

İFADƏ VƏ MEDİA AZADLIĞINA – 1 MİLYON 750 MİN AVRO

Fəaliyyət proqramında Azərbaycanda həyata keçiriləcək layihələr də sadalanır. Əksər layihələrdə tərəfdaşlar dövlət qurumlarıdır – Daxili İşlər, Ədliyyə Nazirlikləri, Baş Prokurorluq, Parlament, Prezident Administrasiyası, Ali Məhkəmə və sairə.

Sərbəst toplaşma sahəsi üzrə müvafiq qanunvericiliyin və təcrübənin Avropa Şurası standartlarına uyğunlaşdırılması üçün təklif olunan 3 illik layihənin dəyəri 2 milyon avrodur.

İfadə və media azadlığını dəstəkləyən 4 aylıq layihənin dəyəri 1 milyon 750 min avrodur.

2012-ci ilin dekabrından 2014-cü ilin mayınadək Bakı Slavyan Universiteti və Bakı Dövlət Universiteti ilə birgə həyata keçirilən, jurnalistika tədrisinin inkişafını dəstəkləyən layihə 600 min avroluqdur.

SEÇKİLƏRƏ CƏMİ 660 MİN AVRO

ASAN xidməti və elektron hökumətin dəstəklənməsi üçün layihələr dəyərləndirmə prosesindədir.

Azad və ədalətli seçkilər, siyasi partiyaların fəaliyyəti üçün 1 və 2 illik, 160 min və 500 min avroluq layihələr təklif olunur.

Fəaliyyət Planında qeyd olunur ki, layihələr müxtəlif mənbələrdən maliyyələşəcək. Buraya Avropa Şurasının büdcəsi, donor ölkələr və beynəlxalq qurumların könüllü töhfələri daxildir.

Layihələrin çoxu Avropa Birliyi/Avropa Şurasının Birgə Proqramları vasitəsilə həyata keçiriləcək.

Fəaliyyət Planının ingilis dilində tam mətni ilə burada tanış ola bilərsiniz.
Gözlə

No media source currently available

0:00 0:03:51 0:00
Direct-ə keçid
XS
SM
MD
LG