Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:58
-

Paytaxt Astanada qazax bəstəkarı, SSRİ xalq artisti Erkegali Rakhmadiyev-in «Alpamıs» operasının premyerası keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Abay adına Qazaxıstan Dövlət Opera Teatrının solistləri və beynəlxalq müsabiqələr laureatı, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə Astana Filarmonik orkestri və xoru iştirak edib.

Bəstəkar E. Rakhmadiyevin vəfatının birinci ildönümünə həsr olunmuş tədbir TÜRKSOY-un təşkilatçılığı və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Astana Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Opera Teatrının dəstəyi ilə keçirilib.

Əsas rolların ifaçıları – İlahə Əfəndiyeva (Gülbarşın), Fəridə Məmmədova (Mıstan), Fərid Əliyev (Karaman), Səbinə Vahabzadə (Ana torpaq), Tələt Hüseynov (Tayşik xan), Tural Ağasiyev (Keykuat), Anton Ferştant (Alpamıs) və Qazaxıstanın xalq artisti, tanınmış opera müğənnisi Gülzat Dauırbayevanın (Karağöz) ifaları maraqla qarşılanıb.

Türk dünyasının bu eposu «Dədə Qorqud» qəhrəmanlarından biri olan cəngavər Alpamısa həsr olunub.

«Alpamıs» operası ilk dəfə 2013-cü ilin mayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında nümayiş olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG