Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:21

Kann Festivalında bir öpüş rəsmi Tehranın etirazını doğurub


«Bir ayrılıq» filmindən kadrda Leila Hatami və Peyman Moadi
«Bir ayrılıq» filmindən kadrda Leila Hatami və Peyman Moadi
-

Türkiyənin «Sabah» qəzetinin yazdığına görə, Kann (Cannes) Festivalının münsiflər heyətində yer alan iranlı aktyor Leyla Hatemi-nin Fransa rejissoru Jacob-u yanağından öpməsi İran Mədəniyyət Nazirliyinin etirazını doğurub. Nazirlik bu davranışı «Dünyada pis təəssürat yaratmamalıyıq», deyərək tənqidə tutub.

İran mədəniyyət nazirinin müavini Hüseyin Nushabadi dövlətə məxsus İRİB telekanalında çıxış edərək Leyla Hatemi-nin davranışını bəyənmədiyini bildirib:

«Beynəlxalq tədbirlərə qatılanlar iranlıların etibar və iffətini (gözütox davranmasını – red.) diqqətə almalıdır. Belə olarsa, iranlı qadınlar dünyada pis təəssürat oyatmazlar».

O, Hatemi-nin Kann Festivalına qatılmasının İranın dini dəyərlərinə uyğunsuz olduğunu da vurğulayıb.

Avropanın ən nüfuzlu film festivallarından sayılan Kann Kino Şənliyində məşhur qırmızı xalının üzərində gedərkən yanaq-yanağa öpüşmə adi davranışdır. Oskar mükafatlı Leyla Hatemi 2011-ci ildə çəkilmiş «Bir ayrılıq» («A Seperation») filmindəki roluyla kinosevərlərin diqqətini çəkmiş və 2012-ci ildə «ən yaxşı xarici film» nominasiyasında Oskar mükafatına layiq görülmüşdü. Beləcə, Leyla Hatemi-ni bütün dünyada tanıtmışdı.

Fransa mediası yanaq öpüşünün ənənəvi bir davranış olduğunu xatırladaraq, bunun əl sıxmaq qədər təbii olduğunu yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG