Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Noyabr, bazar, Bakı vaxtı 09:22

4,5 milyard dollarlıq boşanma


Dmitry Rybolovlev
-

Rusiyalı milyarderin boşanmaya görə edəcəyi ödəniş indiyədək ən böyük məbləğ sayıla bilər.

İsveçrə məhkəməsinin qərarına görə, Dmitry Rybolovlev keçmiş həyat yoldaşı Elena Rybolovleva-ya 4.5 milyard dolları nağd pul və mülkiyyət şəklində ödəməlidir. Qadının vəkili Marc Bonnant bunu «tarixdə ən bahalı boşanma» adlandırıb.

Rybolovlev-in vəkili şərh verməsə də, apelyasiya şikayəti göndərəcəklərini bildirib. Keçmiş həyat yoldaşı milyarderdən 6 milyard dollar tələb edirdi.

«Gübrə kralı» adlandırılan Rybolovlev vaxtilə dünyanın 79-cu ən varlı şəxsi olub.

Cenevrə məhkəməsi onun İsveçrə və xaricdəki sərvətini dondurub. Ancaq Rybolovleva bu pulu almaqda çətinlik çəkə bilər, çünki keçmiş ərinin pulunun böyük hissəsi Kiprdədir, İsveçrənin Kipr ilə hüquqi yardım sazişi yoxdur.
XS
SM
MD
LG