Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 18:40

Mobil telefonun uşaq beyninə təsiri araşdırılacaq


-

Britaniya tədqiqatçıları mobil telefonlar və digər simsiz cihazların uşaqlarda beynin inkişafına mümkün təsirini öyrənəcəklər. Bu, indiyədək aparılan ən böyük tədqiqat sayılır.

Araşdırma zamanı yaddaş və diqqət funksiyalarına təsir öyrəniləcək.

Hələlik mobil telefonların radio dalğalarının sağlamlığa təsirinə dair inandırıcı sübut yoxdur. Elmi araşdırmalar böyüklər üzərində aparılıb və beyin xərçəngi riski öyrənilib.

Uşaqların inkişafda olan beyninin böyüklərə nisbətən daha zəif olması alimlərdə qeyri-müəyyənlik yaradıb.

Ümumdünya Sağlamlıq Təşkilatının məlumatına görə, dünyada 4.6 milyard mobil telefon istifadəçisi var.
XS
SM
MD
LG