Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:25

İlham Əliyev: «Bundan böyük xoşbəxtlik ola bilməz»


İlham Əliyev
İlham Əliyev
«Biz, əlbəttə, öz əzəli torpaqlarımıza - Qarabağa, Şuşaya, Xankəndiyə qayıdacağıq, əvvəlki kimi orada yaşayacağıq, nə dağılıbsa bərpa edəcəyik və ölkəmizin layiqli gələcəyini təmin edəcəyik».

Bunu mayın 19-da Azərbaycan prezidenti İlham Əliyev Hanoyda Azərbaycanın ali təhsil müəssisələrinin vyetnamlı məzunları ilə görüşündə deyib. Prezident qeyd edib ki, bəzi hallarda Təhlükəsizlik Şurasının qərarları bir gün ərzində yerinə yetirilir. Bizə gəldikdə isə artıq 22 ildir ki, yerinə yetirilmir.

Prezident bildirib ki, müstəqillik illərində Azərbaycan cəmiyyətində müsbət meyllər güclənib. Biz öz taleyimizin sahibi olmuşuq, üstün cəhətləri və gələcəyimizi özümüz təyin edirik. Dünyada da bundan böyük xoşbəxtlik ola bilməz.

«Eyni zamanda, bizim mövqeyimiz həm regional, həm də daha böyük miqyaslı əməkdaşlığa əsaslanır. Sizin regionla əməkdaşlıq da bizim üçün mühüm istiqamətlərdən biridir. Vyetnam ilə isə ən mühüm istiqamətdir. Azərbaycanın ilk səfirliyi sizin regionda məhz Vyetnamda açılıb. Bu səfirlik artıq bir ildir ki, fəaliyyət göstərir. Bu, bizim hörmətimizin əlamətidir. Eyni zamanda, sizin Azərbaycana marağınızı əks etdirir. Mən əminəm ki, Azərbaycan Vyetnam üçün regionda mühüm strateji tərəfdaş olacaqdır» deyə İ. Əliyev vurğulayıb.
XS
SM
MD
LG