Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:33

Rusiya yenə də qoşunlarının Ukrayna sərhəddindən geri çəkildiyini bildirir


Rusiya prezidenti Putin Ukrayna ilə sərhəddə yerləşən Rusiya qoşunlarının öz daimi düşərgələrinə qayıtmasına əmr verib.

Bu, mayın 19-da Kremlin yaydığı bəyanatda deyilir.

Bəyanata görə, Rostov, Belqorod və Bryanskda əvvəlcədən planlaşdırılmış yaz təlimlərində iştirak edən ordu hissələrinə öz düşərgələrinə qayıtmaq əmri verilib.
Azadlıq Radiosunun məlumatına görə, mayın 19-da NATO-da olan və adı çəkilməyən mənbə isə deyib ki, Ukrayna sərhəddində olan 40 minlik Rusiya ordusunun geri çəkilməyin əlamətləri görünmür.

Putin birinci dəfə deyil ki, qoşunların sərhəddən geri çəkildiyini deyir. Ancaq NATO sonradan bunu təkzib edir.

Mayın 7-də ATƏT sədri Burkhalterlə görüşdə Putin demişdi ki, Rusiya ordusu Ukrayna sərhəddindən geri çəkilir, ancaq elə həmin gün NATO baş katibi Rasmussen bildirdi ki, Rusiya qoşunlarının hər hansı yerdəyişməsinin əlamətləri yoxdur.
XS
SM
MD
LG