Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:33

Müstəntiq atlı, zərərçəkmiş piyada...


Arxiv fotosu
Arxiv fotosu
​“Azyaşlı övladım xəstədir. Onun müalicəsi barədə düşünməyə imkan tapa bilmirik. Qapımızı hər gün borc sahibləri döyür. Bizi aldatmış adamaları isə polis himayə edir. Belə olmasaydı, o adamlardan pulları alıb özümüzə qaytarardılar, biz də borc sahiblərinə qaytarardıq”.

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Bakı şəhər sakini Şahin Məhərrəmov deyir. Onun sözlərinə görə, bir yaxın qohumunun məsləhəti ilə Elvin və Ziya Vəliyevlərə 70 min manat verib.

"ETİBARIMI QAZANANDAN SONRA..."

“Birinci dəfə 17 min pul aldılar və dediklərindən də tez müddətdə qaytardılar. Bununla da etibarımı qazandılar. İkinci dəfə əvvəl 60 min aldılar. Ölkəyə dəftər kitab gətirib satmaqla məşğul olurlar. Dedilər, mallar gömrükdə ilişib, təcili 10 min də lazımdır. Mən dostumdan 10 min manat da alıb verdim. Ortada yaxın qohum var idi deyə, onlara inanırdım. Mən həmin pulu maşınını satmış Rövşən adlı dostumdan alıb vermişdim. Həmin puldan yalnız 15 min manatını geri ala bildim”.

Şahin Məhərrəmovun sözlərinə görə, Vəliyevlər ona zərərə düşdüklərinə görə pulu qaytarmaq imkanları olmadığını deyiblər. O da polisə şikayət edib:

ÖTÜR-ÖTÜR, GET-GƏL...

“Mən Xətai rayon Prolurorluğuna ərizə ilə müraciət etdim. Orada cinayət işi açıldı, Xətai rayon istintaq şöbəsinə göndərildi. Müstəntiq Vüsal Şahbazov məni 3 aydan çox get-gələ saldı, həmin adamlarla üzləşdirməsini tələb etsəm də, üzləşdirmədi. Gah dedi iş Baş polis idarəsinə göndərilib, getdim həmin idarəyə, dedilər iş elə Xətai polisindədir. Beləcə, məni o tərəf - bu tərəfə qovmaqla vaxtı uzadır. Açıq-aşkar vaxtı uzadır, məqsədi nədir, bilmirəm. Günlərlə zəngimə cavab vermir. İdarəyə gedirəm, üzə çıxmır. İndi də idarədən deyirlər iş Baş Polis idarəsinə gedib. Ora da gedirəm, işin hansı müstəntiqdə olduğunu demirlər. Elə qapıdan deyirlər ki, iş bura gəlib, ancaq hansı müstəntiqdədir, bildirmirlər.Bir sözlə, müstəntiq atlı olub, mən piyada".

Mədinə Məhərrəmova
Mədinə Məhərrəmova
"XƏSTƏ ÖVLADIMIZA DİQQƏT AYIRA BİLMİRİK"

Şahin Məhərrəmovun həyat yoldaşı deyir ki, başları belə işlərə qarışdığından xəstə övladının müalicəsi ilə məşğul ola bilmirlər:

“Balaca Mədinə anadangəlmə qüsurlu doğulub. Anal dəliyi bağlıdır. Başqa xəstəlikləri də var. 3 aylığında bağırsağını qarnına tikiblər. Hər gün azı 10 dəfə oradan bayıra çıxır. İndi 1 yaş 8 aylıqdır. Qarşıda azı üç əməliyyatı var. Hərəsi də 8 saatlıq. Hər dəfə əməliyyatdan əvvə l5 gün ac saxlanılmalıdır. Birinci əməliyyatı OMD-də olmuşdu. İndi həkim növbəti əməliyyatı keçirməyə ürək eləmir. Qorxur ki, uşaq ölər. Xaricdə əməliyyatı isə çox pul tutur. Belə bir vaxtımızda bizi bir tərəfdən də borc sahibləri sıxır. Hansı ki, o pulu bunlardan alıb başqasına vermişik”.

"ŞAHİN MƏHƏRRƏMOVDAN PUL ALDIQLARINI DANMIRLAR"

Orxan Mansurzadə
Orxan Mansurzadə
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə müdiri Orxan Mansurzadə məsələyə münasibət bildirib:

"Həqiqətən də Xətai rayon Prokurorluğunda fakt üzrə cinayət işi başlanaraq istintaq olunması üçün Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Şahin Məhərrəmovun dediklərinin əksinə olaraq, həmin cinayət işi üzrə müstəntiq tərəfindən zəruri istintaq hərəkətləri aparılıb, hər iki tərəf dindirilib. Qarşı tərəf, yaxın qohumlar olan Elvin və Ziya Vəliyevlər ifadələrində göstəriblər ki, həqiqətən də müəyyən işlər görmək üçün Şahin Məhərrəmovdan xeyli miqdarda pul alıblar. Ancaq məsələ burasındadır ki, onlar da həmin pulu eyni qaydada Elnur adlı başqa bir şəxsə veriblər. Sonuncu şəxs Vəliyevlər də daxil olmaqla bir sıra başqa vətəndaşların etibarından sui-istifadə edərək onların da külli miqdarda vəsaitini ələ keçirərək istintaqdan yayınır. İşin əhəmiyyəti, çoxepizodluluğu nəzərə alınmaqla həmin cinayət işi bu günlərdə Bakı Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Hazırda sözügedən cinayət işi üzrə digər təxirəsalınmaz istintaq hərəkətləri, o cümlədən Elnur adlı şəxsin yerinin müəyyənləşdirilərək məşsuliyyətə cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirirlir".
XS
SM
MD
LG