Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:59

Kolumbiyada qəzada 32 uşaq ölüb


Arxiv foto
Arxiv foto
-

Mayın 18-də Kolumbiyanın şimalında avtobusun yanması nəticəsində azı 32 uşaq ölüb. Onlar yevangelist xristian tədbirindən qayıdırmışlar.

Reuters fövqəladə hallar rəsmisinə istinadən xəbər verir ki, sürücü mühərrikə yanacaq tökmək istəyərkən avtobusdakı benzin qabı alışıb. Sürücü xəsarət almayıb.

On səkkiz adam canını qurtara bilib, xəstəxanaya yerləşdirilib.

Prezident Juan Manuel Santos regiona səfərə gedir.
XS
SM
MD
LG