Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:09

Cənubi Koreyada sərhəd xidməti buraxıla bilər


-

Cənubi Koreyanın prezidenti deyir ki, ötən ay bərə faciəsindən sonra sərhəd xidmətinin buraxılmasına çalışacaq.

Sərhəd xidməti bərə aprelin 16-da batandan sonra axtarış və xilasetmə işlərini zəif apardığı üçün tənqid olunub. Həmin faciədə 300-dən çox adam ölüb ya itkin düşüb.

Cənubi Koreya prezidenti Park mayın 19-da deyib ki, sərhəd mühafizəsinin apardığı əməliyyatlar uğursuz olub. Onun sözlərinə görə, sərhəd mühafizəsinin səlahiyyəti polisə veriləcək və o, yeni hökumət orqanı yaratmağı planlaşdırır.
XS
SM
MD
LG