Keçid linkləri

2024, 24 May, Cümə, Bakı vaxtı 12:52

Qazaxlı sahibkar ağzını tikərək etiraz edir


Ağzını tikən sahibkar Elşad Məmmədov
Ağzını tikən sahibkar Elşad Məmmədov
-

İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək, etiraz aksiyasına başlayıb. Bundan əvvəl o, prezidentə video ilə müraciət edərək, ondan kömək istəyir.

Bu barədə AzadlıqRadiosuna Elşad Məmmədovun xalası oğlu Nəsib Nəsibov məlumat verib.

Onun dediyinə görə, Elşad Məmmədov iki il yarım bundan əvvəl İbrahim İbrahimovun sahibi olduğu «Avesta» Konserninə məxsus «Həsən-6» MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.
«Amma bir müddət sonra məhkəmədə onun iştirakı olmadan evləri ləğv olunub. İki il yarımdır xalam oğlunun döymədiyi qapı, getmədiyi ünvan, şikayət etmədiyi məhkəmə qalmayıb. Nə evlərə sahib ola bilir, nə də pulunu geri ala bilir. Ayın 16-da məsələyə Ali Məhkəmənin plenumunda baxılıb. Məsələnin növbəti plenuma saxlanılması barədə qərar çıxarılıb. Bu da haradasa 4-5 ay çəkəcək. Hesab edirik ki, bu qanunsuz qərardır. İndi bu haqsızlığa görə Elşad ağzını tikib, oturub evdə, heç kimi də içəri buraxmır».

«Avesta» Konserninin prezidenti İbrahim İbrahimov ötən il Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinə və Nərimanov rayon Prokurorluğuna bir neçə işçisi və Elşad Məmmədov barəsində cinayət işi başlanması üçün müraciət edib. Bildirib ki, «Avesta» Konserni tərəfindən tikilməkdə olan «Xəzər adaları» kompleksinin ərazisində inşa edilən «Skat» restoranında bəzi inşaat işlərinin görülməsi üçün bir şəxslə müqavilə bağlayıb.

Müqavilənin şərtinə əsasən, həmin şəxs «Xəzər adaları» kompleksinin ərazisində inşa edilən «Skat» restoranın vitraj və pəncərə sisteminin qurulmasını görməli olub. Şirkət isə gördüyü işin əvəzinə ona Nəsimi rayonu ərazisində inşa etdiyi yaşayış binasından iki mənzil verməyi öz öhdəsinə götürüb. Həmin şəxs şirkətin işlərini görməyib. Mənzilləri isə Elşad Məmmədovun və Vüqar Fiqanov adlı şəxsin adlarına rəsmiləşdirib.

«Avesta»nın sahibi işçiləri və Elşad Məmmədov barəsində cinayət işi başlanmasını xahiş etsə də, prokurorluq cinayət işi başlamayıb. Sahibkara mülki qaydada məhkəməyə müraciət etməsini tövsiyə edib. Bundan sonra işə Nəsimi rayon Məhkəməsi baxıb və İbrahim İbrahimovun iddiası təmin olunub. Bununla da Elşad Məmmədovla şirkət arasında bağlanmış mənzil alqı-satqısı müqaviləsi ləğv edilib. Ancaq məhkəmə mənzilə görə ödənmiş 355 min manatın Elşad Məmmədova qaytarılmasını öhdəlik kimi heç kəsin üzərinə qoymayıb.
XS
SM
MD
LG