Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:44

Azərbaycanda indi doğulan qızlar 75, oğlanlar 69 il yaşamalıdır


-
«Dünya Səhiyyə statistikası 2014»ə görə, dünyanın hər yerində ömrün uzunluğu artır.

Dünya üzrə orta göstəriciləri götürəndə, 2012-ci ildə anadan olmuş qız təxminən 73 il, 2012-ci ildə anadan olan oğlan isə 68 il yaşayacaq.

Dünya Səhiyyə təşkilatının mayın 15-də yaydığı hesabat ömrün uzanmasında 1990-cı ildən bəri böyük sıçrayışın olduğunu vurğulayır.

1990-cı ildən 2012-ci ilə kimi keçən dövrdə dünya üzrə orta ömrün uzunluğu 9 il artıb.

YAPONİYA VƏ İSLANDİYA 1-CİDİR

2012-ci ildə anadan olan qızlar arasında ən çox yaşayan Yaponiya qızları olacaq – 87 il.

Yaponiyadan sonra ən çox yaşayan İspaniya, İsveçrə, Sinqapur qızları olmalıdır.

2012-ci ildə anadan olan oğlanlar arasında ən çox yaşayanlar İslandiyada olmalıdır – 81 il. Sonrakı yerlərdə İsveçrə, Avstraliya gəlir.

AZƏRBAYCAN QIZLARI VƏ OĞLANLARI

Hesabatda Azərbaycan barədə deyilir ki, 2012-ci ildə Azərbaycanda anadan olan qızlar 75 il, oğlanlar 69 il yaşamalıdır.

Ermənistanda kişilərin ömrü Azərbaycandakından 2 il az gözlənilir – 67 il. Qadınların ömrü isə Azərbaycandakı kimidir.

Dünya Səhiyyə Təşkilatı 2012-ci ildə 1 yaşadək uşaqlar arasında ölüm statistikasını da verir.

Azərbaycanda hər 1000 uşaqdan 31-i 1 yaşadək yaşamır. Müqayisə üçün, Ermənistanda hər doğulan 1000 uşaqdan 15-i, Rusiyada 9-u, Belarusda isə 4-ü 1 yaşadək yaşamır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG