Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:28

Türkiyə-Suriya sərhəddində partlayış olub, 30-a yaxın ölən var


-
Türkiyə-Suriya sərhəddində, Hələb əyalətində bomba partlayışı nəticəsində 30-a yaxın adam ölüb, onlarla yaralı var.

Türkiyənin “Hürriyyət” qəzeti bildirir ki, sərhəd keçid məntəqəsinin yaxınlığında qarajda bomba yüklü maşın partlayıb.

Ölənlər arasında 3 uşaq, 5 qadının olduğu söylənir.

Türkiyədən olay yerinə təcili yardım maşınları gedib. Yaralılar Türkiyə xəstəxanalarına çatdırılıb.
XS
SM
MD
LG