Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:25

Qorunan əmanətlərin faiz dərəcəsi 9-a endirildi


-
May ayının 19-dan etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddi 10%-dən 9%-ə endirilir.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Bildirilir ki, mayın 19-dan etibarən üzv banklarda illik 9 faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilcək əmanətlər qorunmayan əmanət hesab ediləcək.

42 bank Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bu banklardan birində və ya bir neçəsində sığorta hadisəsi baş verərsə qorunan əmanətçinin qorunan əmanətinə hər bir sığorta hadisəsinə görə (hər banka görə) ödənilməli olan kompensasiya məbləği 30 000 manat təşkil edir. Əmanətçilər əmanətlərinin sığortalanması üçün heç bir ödəniş etmir. Sığorta haqları yalnız üzv banklar tərəfindən ödənilir.
XS
SM
MD
LG