Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 09:52

Prezident qohumlarına vəzifə paylayır


Emomali Rahmon
Emomali Rahmon
Tacikistan prezidenti Emomali Rahmon xarici işlər nazirliyində rəhbər vəzifələrə öz yaxın qohumlarını qoyub.

Prezidentin qızı Ozoda Rahmon xarici işlər nazirinin birinci müavini olub.Bundan əvvəl o, nazirin müavini idi.

Eyni gündə - mayın 15-də prezidentin kürəkəni Ashraf Gulov Tacikistanın Rusiyada baş konsulu təyin edilib.

Keçən həftə isə prezident öz bacısı oğlu Sirojiddin Gulmurodovu Khatyon vilayətinin vergi xidmətinin rəisi vəzifəsinə qoymuşdu.

Rahmonun digər kürəkəni – Jamoliddin Nuraliev uzun müddətdir ki, maliyyə nazirinin müavinidir.

Prezidentin böyük oğlu Rustam Emomali isə keçən ilin axırında Tacikistanın Gömrük Xidmətinin rəisi təyin olundu.
XS
SM
MD
LG