Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:45

«Yeni açılan 110 min iş yerindən ikisi...»


Ağstafada iş elanaları - 2011
Ağstafada iş elanaları - 2011

-

Gözlə

No media source currently available

0:00 0:25:03 0:00
Direct-ə keçid


Aytən Həsənova İqtisadiyyat Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisasına yiyələnib. Deyir, əlinə diplom almasından 2 ildən çox keçsə də, iş üçün döydüyü qapılardan «hə» cavabı ala bilməyib:

«Hara müraciət edirsən, nəticəsi yoxdur. Dövlətdə, ümumiyyətlə, iş yoxdur. İş üçün ya gərək yaxşı tanışın ola, ya da pulun. Üstəlik, təklif olunan maaş da heç nədir. Adamın 4 il çəkdiyi əziyyətə heyfi gəlir. Bəzi özəl şirkətlərin 4 sualından 1-cisi təcrübə, 2-cisi kompüter bilgisi, 3-cüsü hökmən xarici dil, 4-cüsü ali təhsil olur».


Aytən əlacsız qalaraq diplomunu evə atıb. Şirkətlərdən birinə inzibatçı köməkçisi düzəlib. Əsas işi telefon zənglərinə cavab verməkdir. Deyir ki, maaşı elə yaxşı olmasa da, heç işləməməkdən yaxşıdır...

110 MİN YENİ İŞ YERİ...

Prezident İlham Əliyev 2013-cü ilin yekunlarına dair iclasda Azərbaycanda işsizlik məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, bu problem ölkədə həllini tapıb və işsizlik səviyyəsi 5 faizə düşüb:

xüsusi reportajlar - 13 may 2014

Canlı müzakirə


«Keçən il işsizliklə bağlı problemlər həll olunub. 110 min yeni iş yeri açılıb ki, onlardan da 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə düşüb. Yoxsulluğun səviyyəsi də aşağı düşüb – 5.3 faizdir. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 8 faizini təşkil edir. Bu da dünya miqyasında ən gözəl göstəricilərdən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət qabiliyyətliliyinə görə 39-cu yerə layiq görmüşdür. Budur bizim əsas iqtisadi göstəricilərimiz. Şübhə etmirəm ki, biz iqtisadi inkişafı gələcək illərdə də təmin edəcəyik».


Cədvəl 1. Azərbaycanda 2007-2012-ci illərdə əhalinin sosial-iqtisadi göstəriciləri

20072012

Əhalinin orta illik sayı – min nəfər

8723.09295.8

İqtisadi fəal əhalinin sayı – min nəfər

4443.34688.4

İqtisadiyyatda məşğul olanların sayı – min nəfər

4162.24445.3

o cümlədən mülkiyyət formaları üzrə:

dövlət

1234.61157.7

qeyri-dövlət

2927.63287.6

İşsizlər, min nəfər

281.1243.1

Məşğulluq xidmətləri orqanlarında rəsmi işsiz statusu alan şəxslər, nəfər

5065136791

onlardan işsizliyə görə müavinət alanlar

2523934

İqtisadiyyatda məşğul olan qadınların sayı – min nəfər

2013.02153.5

İqtisadiyyatda muzdla işləyənlərin sayı – min nəfər

1376.01480.7

İqtisadiyyatda işləyənlərin orta aylıq əməkhaqqı – manat

215.8398.4

Müəssisə, idarə və təşkilatlarda peşə hazırlığı keçmiş kadrların sayı – nəfər

68407745

İxtisaslarını artırmış rəhbər işçi və mütəxəssislərin sayı – nəfər

1124220957


AZƏRBAYCANDA 243 MİN NƏFƏR İŞSİZ VAR...

Dövlət Statistika Komitəsinin 2012-ci ilin yekunlarına olan məlumatına görə, Azərbaycanın 4 milyon 688 min nəfər iqtisadi fəal əhalisindən 4 milyon 445 min nəfəri işləyir, 243 min nəfərsə işsizdir. İşləyənlərin böyük əksəriyyəti – 3 milyon 287 min nəfəri özəl sahədə çalışır.

2013-cü ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq maaşı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.8 faiz artaraq 410 manat olub. Əməkhaqqı neft sektorunda 1550 manat, qeyri-neft sektorunda 380 manat, dövlət bölməsində 330 manat, özəl bölmədə 535 manat göstərilir.


REGİON SAKİNLƏRİ İŞ ÜÇÜN XARİCƏ ÜZ TUTUR...

Şəmkir sakini Dürdanə Məmmədovanın iki oğlu çörəkpulu qazanmaq üçün Rusiyaya gedib. Deyir ki, oğlanlarından biri alitəhsilli olub:


«Oğlum oxudu ki, yaxşı iş tapıb işləsin. Amma indi işə ancaq adamı olanlar düzəlir. Axırda evlənəndən sonra o da getdi böyük qardaşının dalınca Rusiyaya. İki gəlinim, uşaqlarım burda – mənim yanımda, oğullarım da düzlərdə qalıb. 110 min yeni açılan iş yerindən ikisini mənim oğullarım tapsaydı, indi ailəsindən, uşağından ayrı qalmazdılar. Bizim kənddə əksər ailələrdə vəziyyət belədir».

Rövnəq Abdullayev
Rövnəq Abdullayev


YENİ İŞ YERİ VƏDLƏRİ VƏ NƏTİCƏ...

Ötən il prezidentdən və dövlət neft şirkətindən şad xəbər gəlib: «Şahdəniz-2» layihəsinin imzalanması ilə ölkədə yeni iş yerlərinin sayı artırılacaq. ARDNŞ prezidenti Rövnəq Abdullayev sualtı tikinti işləri üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcəyini bildirib. Deyib ki, həmin gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni gəmiqayırma zavodunda hazırlanması planlaşdırılır:


«Ən mühüm məsələ odur ki, «Şahdəniz-2» və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən on mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq».


Amma 2013-cü ilin sonu neftçilərin ixtisarı ilə yadda qaldı. Təkcə «Bahar» və «Qum» yataqlarında çalışan 200-ə qədər işçinin müqaviləsi ləğv olunub. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı deyir ki, müxtəlif adlarla neft şirkətinin, eləcə də əməkdaş şirkətlərin işçiləri işdən azad edilirlər.

2018-Cİ İLDƏ İŞSİZLİK 6 FAİZƏ ÇATACAQ...

«İşsizlik bu il artmaqda davam edəcək və ən çox gənclərə zərbə vuracaq» – Dünya Əmək Təşkilatı öz yeni hesabatında xəbərdarlıq edir. Hesabatda deyilir ki, 2014-cü ildə dünyada işsizliyin səviyyəsi mövcud 6 faizdən 6.1 faizə yüksələcək. Söhbət, təbii ki, əməkqabiliyyətli əhalidən gedir.

Azər Mehtiyev
Azər Mehtiyev



Hesabatda Azərbaycanda da işsizliyin 2013-cü ildən 2018-ci ilədək artacağı bildirilir. Hesablamalara görə, Azərbaycanda işsizlik 2013-cü ildə 5.5 faiz idisə, 2014-cü ildə 5.8, 2015-ci ildə 5.9, 2016-cı ildə 6, 2017-ci ildə 6.1, 2018-ci ildə 6.2 faiz olacaq.

İqtisadçı ekspert Azər Mehtiyevin fikrincə, Azərbaycanda neft hasilatının azalması ölkədə işsizlik probleminə ciddi təsir göstərəcək:

«İndiyədək neft gəlirləri hesabına yeni iş yerləri yaradılırdı. Ancaq indi Azərbaycan neft gəlirlərinin azalması ilinə qədəm qoyub. Keçən ilin sonundan ixtisarlar başlanıb. Bu baxımdan bu il işsizliklə bağlı vəziyyətin keçən illərə nisbətən pisləşəcəyi gözlənilir».


612 MİN NƏFƏR SOSİAL YARDIMLA DOLANIRSA…

Dünya Bankının «Şaxəli İnkişaf: Avrasiyada Təbii Ehtiyatlardan Səmərəli İstifadə» adlı hesabatında bildirilir ki, neft Azərbaycan üçün çox faydalı olub. Ölkədə adambaşına ümumi milli gəlir 2002-ci ildəki 720 dollardan 2011-ci ildə 5 min 290 dollara çatıb və beləliklə, Azərbaycan orta gəlirli ölkəyə çevrilib.

Hesabatda o da deyilir ki, yoxsulluq 2002-ci ildəki 47 faizdən 2012-ci ildə 6 faizə enib və Azərbaycanın dövlət borcu da faiz hesabıyla azalıb. Bu borc 2002-ci ildə 23 faiz idisə, 2012-ci ildə 12 faiz olub.


İqtisadçı Nemət Əliyev deyir ki, bu hesabat Azərbaycan hökumətinin rəsmi məlumatlarını əsas götürdüyündən reallıq fərqlidir:

Nemət Əliyev
Nemət Əliyev


«Birincisi, son 5 ildə ünvanlı sosial yardım alanların sayı 370 min nəfər artıbsa, yoxsulluğun səviyyəsi necə azala bilər? Hakimiyyət təmsilçiləri o qədər yalan danışıblar ki, artıq özləri də bu yalana inanmağa başlayıblar. Rəsmi məlumata görə, ölkədə 612 min adam ünvanlı sosial yardımla dolanır. Eyni zamanda 3 milyona yaxın ölkə vətəndaşı ailəsini xaricdə işləməklə dolandırır. Müəllimlərin, həkimlərin maaşı, əlillərin müavinəti minimum ehtiyacları ödəmir. Ali təhsil ocaqları təyinat vermir və diplomlu gənclər fəhlə çalışır. Azərbaycan iqtisadiyyatı tam neftdən asılı vəziyyətdədir. Ölkə iqtisadiyyatının dünya iqtisadi sistemindəki rolu yalnız neft amili ilə ifadə olunur. Azərbaycanda təxminən 1 milyon 300 min nəfər təqaüdçünün təqaüd məbləği 150 manat civarındadır. Belə bir şəraitdə uğurlu inkişafın olduğunu iddia etmək anormaldır».


Nemət Əliyev dediklərinin təsdiqi kimi yaxın MDB ölkələrinin məlumatlarına nəzər salmağı tövsiyə edir. Deyir, həmin məlumatlardan da görünür ki, özəlliklə nefti olan ölkələrdə artım var.

Cədvəl 2: MDB ölkələrində məşğul əhalinin sayı

20072012

Azərbaycan

4162.24445.3

Belarus

4518.34577.1

Qazaxıstan

7631.18507.1

Qırğızıstan

2152.72300.0

Ermənistan

1101.51172.8

Moldova

1247.01146.8

Rusiya

70770.071545.0

Tacikistan

2149.72268.0

Özbəkistan

10735.4

Ukrayna

20904.720354.3


AZƏRBAYCANDA İŞSİZLİK MÜAVİNƏTLƏRİ...

Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri Lüdviq Hüseynov ilk növbədə gənclərə əmək bazarının tələbatına uyğun peşə seçməyi, ikinci növbədə savadlı və peşəkar kadr olmağı məsləhət görür. O, tələbələrin iş tapması üçün müxtəlif sərgilər keçirildiyini də sözlərinə artırır.

Bakıda əmək yarmarkası - 2007
Bakıda əmək yarmarkası - 2007

Məsələn, bu günlərdə tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə Azərbaycan Texniki Universitetində keçirilən aktiv məşğulluq tədbirində 160 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib. Bu iş yerlərindən 22-si dövlət, 138-i qeyri-dövlət sektorundadır.

Lüdviq Hüseynov heç bir iş tapa bilməyən əhaliyə müavinətlərin verilməsini dövlət qayğısı sayır:


«Bizə işsiz kimi qeydiyyata düşmək istəyən şəxslərin müraciətlərindən 26 həftə əvvəlki müddətdə əmək fəaliyyətləri yoxlanılır. Əmək fəaliyyəti olubsa, ona aldığı aylıq maaşın 70 faizi qədər işsizlik müavinəti verilir. Yarım ildən sonra müavinət ödənilməsi dayandırılır ki, həmin şəxs özünə iş tapsın. Əgər yenə də iş tapa bilməyibsə, növbəti 6 ayda ona işsizlik müavinətinin minimum məbləği, yəni 55 manat ödənilir».


İqtisadçı Rəşad Həsənovun fikrincə, Avropadakı bir işsiz Azərbaycanda orta aylıq əməkhaqqı alan işçidən daha təminatlıdır:


«Gündəlik ərzaq, geyimlər Avropa ilə müqayisədə Azərbaycanda daha bahadır. Amma bununla belə, Azərbaycandakı əməkhaqqı Avropadan bir neçə dəfə aşağıdır. Skandinaviya ölkələrində işsizlərə təxminən 1900 avro aylıq müavinət verilir. Bu, Azərbaycandakı orta aylıq maaşdan az qala 5 dəfə çoxdur».


AZƏRBAYCANDA HƏR 100 GƏNCDƏN 11-İ İŞSİZDİR...

Azərbaycan işsizlərindən azı 40 faizinin yaşı 50-ni ötüb. Gənclər arasında işsizlik 11 faizdir. 15-29 yaşlı yeniyetmə və gənclər ölkə əhalisinin 29.3, işləyənlərin 24.4 faizi 15-29 yaş arası yeniyetmə və gənclərdir. 130 min işsiz gəncin 14%-i ali təhsilli, 55%-i orta təhsillidir.

XS
SM
MD
LG