Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:25

Ukraynada - Kramatorsk şəhəri ətrafında döyüş gedir


-
Hal-hazırda Donetsk vilayətinin Kramatorsk şəhəri ətrafında döyüş gedir. Məlumatı Ukraynanın müdafiə nazirliyinə istinadən İnterfaks yayıb.

Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, hərbi əməliyyatlar nəticəsində Ukrayna hərbi qüvvələri arasında yaralananlar var, ölüm faktı qeydə alınmayıb.

Mətbuatın yaydığı məlumata görə, döyüş Kramatorsk şəhərindən 30 kilometr aralıda yerləşən Starovarvarovka kəndində gedir. Bu əraziyə Ukrayna ordusu yeridilib, vertolyotlat kəndi əhatəyə alıb.

Bundan öncə - çərşənbə günü özünü Slavyansk şəhərinin «xalq meri» elan etmiş Vyacheslav Ponomarev bildirmişdi ki, Slavyansk və Kramatorsk ətrafındakı döyüşlərdə Ukrayna silahlı qüvvələri ciddi itkilər verib.


UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR
XS
SM
MD
LG