Keçid linkləri

2024, 13 May, Bazar ertəsi, Bakı vaxtı 14:13

ATƏT-in Minsk qrupu həmsədrləri gələn həftə Azərbaycana gəlir


Mayın 16-da regiona səfəri başlayacaq ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfərinin tarixi məlum olub.

APA-nın məlumatına görə, vasitəçilər Azərbaycana mayın 19-da gələcəklər.

Səfər çərçivəsində diplomatların Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev APA-ya açıqlamasında həmsədrlərin Azərbaycana mayın 19-da səfər edəcəklərini təsdiqləyib.

Həmsədrlər Azərbaycanın işğal altına olan Xankəndi şəhərinə də səfər edəcəklər.
XS
SM
MD
LG