Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 15:47

Türkiyədə mədən partlayışında ölənlərin sayı 205-ə çatıb


Manisada kömür mədənində partlayış
Manisada kömür mədənində partlayış
-

Mayın 13-də Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində partlayış olub. Qəza baş verən vaxt mədəndə 787 fəhlə işləyirmiş. İlkin anlarda 363 nəfər sağ çıxıb. Mədəndə yüzlərlə fəhlə qalıb. Onların sağ olub-olmadıqları bilinmir. Bu yazı daim yeniləndiyindən ən sonuncu xəbərlər yuxarıda yerləşdirilir.



12:47 - TÜRKİYƏDƏ 3 GÜNLÜK MATƏM ELAN OLUNUB

Türkiyənin Manisa şəhərinin Soma yaşayış məntəqəsindəki kömür mədənində ölənlərin sayı 205-ə çatıb. Türkiyədə 3 günlük matəm elan olunub.

Bu haqda məlumatı Bakı vaxtı ilə saat 12.35-də Türkiyənin enerji naziri Taner Yıldız verib.

12:40 - 6 YARALI ÇIXARILIB

Türkiyənin Manisa şəhərinin Soma yaşayış məntəqəsindəki kömür mədənində yanğın davam edir. Səhərdən indiyə qədər mədəndən 6 nəfər yaralı çıxarıb. Xilasedicilər duman və karbonmonoksidin səviyyəsinə görə aşağı qatlara enə bilmir.

Mayın 13-də Somadakı kömür mədənində baş verən partlayış nəticəsində 201 nəfər ölüb, 80 nəfər yaralanıb. Ağır vəziyyətdə ola 4 nəfərin müalicəsi davam edir.

Qəza baş verən vaxt mədəndə 787 fəhlə işləyirmiş. İlkin anlarda 363 nəfər sağ çıxıb. Mədəndə yüzlərlə fəhlə qalıb. Onların sağ olub-olmadıqları bilinmir.

Son 73 ildə Türkiyədə 3000-dən çox mədənçi ölüb. 1000-dən artıq adam yaralanıb.

10:40 - SAĞ QALANLARLA BAĞLI ÜMİD AZALIB

Türkiyənin enerji naziri Taner Yıldız Somadakı kömür mədənində ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Bakı vaxtı ilə saat 10.38-də verdiyi açıqlamada Taner Yıldız deyib ki, bundan sonra sağ çıxacaq mədənçilərlə bağlı ümidlər azalıb. İçəridə yanğın davam edir.

Taner Yıldız deyib ki, 400-dən artıq xilasedici hazırda duman və karbonmonoksid səviyyəsinin azalmasını gözləyir.

Qəza baş verən vaxt mədəndə 787 fəhlə işləyirmiş. İlkin anlarda 363 nəfər sağ çıxıb. Rəsmi rəqəmlərə görə, Manisa şəhərinin Soma yaşayış məntəqəsində baş verən kömür mədənində ölənlərin sayı 201 nəfər, yaralıların sayı 80-dir.

201 NƏFƏRİN ÖLDÜYÜ TƏSDİQLƏNİB

Türkiyənin Manisa əyalətinin Soma şəhərində kömür mədənində baş verən partlayış və yanğın nəticəsində ölənlərin sayı 201-ə çatıb. 80 adamın xəsarət aldığı bildirilir, onlardan 4-nün vəziyyəti ağır qiymətləndirilir. Ölü sayının artacağı ehtimal olunur.

Mayın 13-də baş verən partlayışa elektrik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal olunur.

Türkiyənin enerji naziri Taner Yildiz bildirib ki, partlayış anında mədəndə 787 işçi çalışırmış. Nazir həmçinin şaxtaçıların əksəriyyətinin ölümünə karbonmonoksid zəhərlənməsinin səbəb olduğunu bildirib. Hazırda xilasetmə işləri davam edir.

Bu arada şaxtaçıların ailə üzvləri və yaxınları yerli xəstəxananın ətrafına toplaşaraq məlumat almağa çalışırlar.

Türkiyənin baş naziri Recep Tayyip Erdoğan faciə ilə bağlı mayın 14-də Albaniyaya planlaşdırılan səfərini təxirə salıb və hadisə yerinə gedəcəyini bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG