Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:34

Rusiya GPS stansiyaların işini dayandırır


GPS
GPS
Rusiya iyunun 1-dən öz ərazisində Amerikanın GPS peyk-naviqasiya sisteminə aid stansiyaların fəaliyyətini dayandırır.

Kreml deyir ki, ABŞ Rusiyanın analoji “Qlonass” naviqasiya sisteminə aid stansiyaları öz ərazisində yerləşdirmək istəmir.

GPS-dən avtomobillərdə geniş istifadə edilir və Rusiyadakı stansiyalar onun daha dəqiq işləməsinə imkan verir.

Bundan başqa Rusiyanın baş nazirinin müavini Rogozin deyib ki, Beynəlxalq Kosmik Stansiyanın amerikalılarla birgə istifadəsini 2020-ci ildən sonra uzatmaq niyyətində deyillər.

Bundan əvvəl ABŞ Ukrayna hadisələrinə görə Rusiyaya sanksiyalar qoyub.
XS
SM
MD
LG