"Qanun" nəşriyyatı böyük rus yazıçısı Maxim Gorky-nin "Uşaqlıq" adlı avtobioqrafik əsərini yenidən çap edib.
Əsərdə balaca Alekseyin acınacaqlı taleyindən bəhs edilir. Ömründə ağır və məşəqqətli anlarla üzləşən, döyülən, alçaldılan Aleksey bütün bu məhrumiyyətlərə baxmayaraq, həyatın acısına tab gətirir.
Maksim Qorki böyük sənətkarlıqla balaca Alekseyin dözümünü, mətanətini təsvir edir, eyni zamanda müxtəlif insan tiplərini bütün eybəcərlikləri ilə birlikdə Alekseyin gözünə açır, onun tədricən inkişafını göstərir.
Tərcümə Ənvər Məmmədxanlınındır.
Əsər əsasında SSRİ-də film də çəkilmişdi.