Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:03

Azərbaycanda adambaşına ildə 5 litr xalis spirt içilir (infoqrafika)


Arxiv fotosu
Arxiv fotosu
-

Azərbaycanda içilən spirtli içkilərin 28,7 faizi pivədir, 7,6 faizi şərabdır, 63,3 faizi araq və sair tünd spirtli içkilərdir. Bu haqda Dünya Səhiyyə Təşkilatının mayın 13-də yayılan yeni hesabatında bildirilir.

Hesabatın Azərbaycana aid hissəsində göstərilir ki, ölkədə bir ildə içilən spirtli içkinin ümumi həcmini əhalinin 15 yaşdan yuxarı olan hissəsi arsında böləndə adambaşına 5,2 litr xalis spirt düşür.

Hesabatda bildirlir ki, dünya üzrə qeydə alınan ölüm hallarının 5,9 faizi spirtli içkilərə aludəçiliyə görə baş verir, söhbət hər il spirtli içki səbəbindən ölən 3 milyon 300 min adamdan gedir.

BMT-nin hesabatında bildirlir ki, spirtli içkilər 200-ə yaxın xəstəliyinin səbəbkarıdır. Bunalrın arasında qara çiyər serrozu və bir sıra xərçəng növləri də var.

Bəs, Yer kürəsində bir ildə nə qədər alkoqol içilir?

Təşkilat yazır ki, bir ildə dünyada içilən spirtli içkini 15 yaşından yuxarı bütün əhali arasında bölsək, orta hesabla hər bir şəxsə 6,2 litr xalis spirt düşür.

Nəzərə alınsa ki, dünyada əhalinin 38 faizi spirtli içki içir, onda içənlərin payına ildə 17 litr xalis spirt düşür.

194 ölkədə spirtli içkilərin nə qədər içildiyini öyrənib. Hesabatda deyilir ki, Rusiyada bir çoxlarının həftədə azı 3 şüşə araq içməsi adi qaydadır.

Orta spirtli içki istehlakına görə ölkələr siyahısına isə Belarus başçılıq edir
XS
SM
MD
LG