Keçid linkləri

2017, 25 İyul, çərşənbə axşamı, Bakı vaxtı 21:03

Erkin Qədirli REAL-ın Məclis Başqanı vəzifəsindən azad edilib


Erkin Qədirli
-

Respublikaçı Alternativ (REAL) Hərəkatının Məclis Başqanı Erkin Qədirli tutduğu vəzifədən azad olunub.

Bu barədə qərarı REAL-ın İdarə Heyəti verib.

Qurumun mayın 12-də yaydığı açıqlamada deyilir ki, Erkin Qədirli son vaxtlar verdiyi müsahibələrdə və sosial şəbəkələrdə yaydığı ifadələrdə, həmin ifadələrə gətirdiyi izahlarda ciddi yanlışlıqlara yol verib.

REAL bildirir ki, bununla bağlı əvvəlki iclaslarda edilmiş şifahi xəbərdarlıqlara baxmayaraq, Erkin Qədirli yanlışlıqlarını düzəltməyə əməli cəhd göstərməyib.

Buna görə də Erkin Qədirli hərəkatın Məclis Başkanı vəzifəsindən çıxarılıb. İdarə Heyətində üzv kimi qalsa da, səs vermək hüququndan məhrum edilib. Eləcə də, onun REAL Hərəkatının fəaliyyətilə bağlı KİV-ə müsahibə vermək hüququ 3 ay müddətinə məhdudlaşdırılıb.

«ƏGƏR QƏRƏZ HİSS ETSƏYDİM ÖZÜM İSTEFA VERİB, GEDƏRDİM»

Erkin Qədirli AzadlıqRadiosuna qərarı qərəzli saymadığını bildirdi: «Qərəz hiss etsəydim, özüm istefa verib, gedərdim».

O, müsahibələrində, Facebook şərhlərində avtoritarizmlə bağlı yazdıqlarının REAL rəhbərliyində sərt qarşılandığını deyir:

«Bəzi hallarda dediklərim REAL-ın prinsiplərinə uyğun olmurdu. Yazırdım ki, demokratik dəyişikliklər çətin olacaq, hansısa avtoritar addımlara zərurət yaranacaq. Bu fikirlərim REAL-ın iclaslarında sərt tənqid olunurdu. Nəhayət, belə bir qərar verildi. İdarə Heyətinin həmin iclasında mən də iştirak etmişəm, ona görə də belə bir qərar gözlənilməz olmadı».

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG