Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:17

Rusiya referendumların nəticələrini tanıyır və Kiyevi separatçılarla birbaşa danışqlara çağırır


 Luhansk, 6 May , 2014
Luhansk, 6 May , 2014
Rusiya bildirir ki, Kiyev Ukraynanın şərqindəki referendumdan sonra burdakı qüvvələrlə danışığa getməlidir. Kreml hesab edir ki, referendumlarda xalqın iradəsi ifadə olundu.

Rusiyanın xarici işlər naziri Lavrov deyir: "Biz Donetsk və Luhansk regionlarının əhalisinin iradəsinin ifadəsinə hörmət edirik. Biz ümid edirik ki, referendumun nəticələri sivil qaydada yerinə yetiriləcək. Zorakılıq olmadan, Kiyevlə Donetsk və Luhansk regionlarının danışıqları vasitəsilə".

Mayın 11-də Donetsk və Luhanskda referendumları təşkil edənlərin bildirdiyinə görə, əksəriyyət müstəqilliyə səs verdi.

ABŞ, Avropa Birliyi bu referendumları tanımır.

Lavrov onu da deyib ki, "Birbaşa danışıqlara Kiyevin opponentləri daxil edilməsə, heç bir nəticə əldə olunmaycaq".
XS
SM
MD
LG