Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:25

Azərbaycan yazıçısı «Ən populyar 1000 kitab» reytinqindədir


-
Varis Yolçuyevin İstanbulda işıq üzü görən “Son məktub” romanı Türkiyənin nüfuzlu “1000 Kitab.com” portalındakı “Ən populyar 1000 kitab” reytinqinə daxil olub.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yazıçıya istinadən yaydığı xəbərə görə, roman sürətlə irəliləyərək 192-ci mövqedə qərarlaşıb.

Fyodor Dostoyevskinin “Cinayət və cəza”, Xalid Hüseyninin “Çərpələng uçuran”, Paolo Koelyonun “Kimyagər”, Elif Şəfəqin “Aşk”, Rəşad Nuri Güntəkinin “Çalıquşu” kimi romanların yer aldığı reytinqdə Türkiyə kitab bazarında dövriyyədə olan 60 min adda yerli və xarici, eləcə də, klassik yazıçıların ən çox bəyənilən romanları toplanıb.

“1000 ən populyar kitab” reytinqi adıçəkilən ədəbiyyat portalındakı “Ən çox oxunan kitablar” və “Ən yaxşı kitablar” reytinqləri çoxminli ədəbiyyat həvəskarının rəyi əsasında formalaşır.

Varis Yolçuyev 1966-cı ildə Sumqayıtda doğulub.

1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

İlk bədii kitabı “Sonuncu ölən ümidlər”dir, 2008-ci ildə çap olunub.

2009-cu ildə “Bir ovuc torpaq”, 2010-cu ildə “Sənə inanıram”, 2011-ci ildə “Yetmiş yeddinci gün”, 2012-ci ildə “Əzilmiş fotoşəkillər”, 2013-cü ildə isə “Yol ayrıcında azıb qalanlar” adlı kitabları işıq üzü görüb.

Varisin “Son məktub” romanı Türkiyədə bu ilin martında çap olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG