Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:04

Musiqiçilər «Eurovision»-daki uğursuzluq haqda...


«Eurovision 2014» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova
«Eurovision 2014» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımova
-
«Dilarəni çoxdan tanıyırıam, yaxşı müğənnidir. İfası da yaxşı idi. Ancaq bu il nə baş verdi, başa düşə bilmədim».

Bunu gənc ifaçılarla işləyən Mübariz Tağıyev «Eurovision 2014» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımovanın çıxışına münasibət bildirərkən deyib.

«Bir neçə il ön sıralardaydıq. Deməzdim ki, Dilarənin çıxışı zəif idi. Zəif deyildi, çoxlarından da yaxşı idi. Belə alındı. Yəqin həm də xaricdə yaşayan azaərbaycanlılar deyəsən fəallığı itiriblər».

«Eurovision 2008»-də Azərbaycan təmsilçilərinin ifa etdiyi «Day after day» mahnısının müəllifi, bəstəkar Gövhər Həsənzadə isə deyir ki, Dilarə Kzımovanın ifası yaxşı olsa da ifa etdiyi «Star the Fire» mahnısı sıradan bir mahnı idi.
Gövhər Həsənzadə
Gövhər Həsənzadə
​«Dilarəni də necə hazırlamışdılarsa, o cür də ifa elədi. Mahnı da Azərbaycanın məhsulu deyildi, necə uğurlu ola bilərdi? Orada maraq, məsuliyyət olmayıb ki, Azərbaycanın musiqi nömrəsi orada çox güclü təmsil olunsun. Nəticəsi də belə oldu».

«Eurovision 2014» Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisi Dilarə Kazımovanın ifa etdiyi «Star the Fire» mahnısı çox az səs qazanıb. Azərbaycan təmsilçisi 33 səslə 26 nəfər arasında 22-ci yerlə kifayətlənməli olub.

Azərbaycan «Eurovision» mahnı müsabiqəsində 2008-ci ildən iştirak edir. 2008-ci ildə Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə təmsil etmişdi. Onlar 8-ci yer tutub.

2009-cu ildə Azərbaycanı Aysel Teymurzadə və Araş (3-cü yer), 2010-cu ildə Səfurə Əlizadə (5-ci yer), 2011-ci ildə Nigar Camal və Eldar Qasımov (1-ci yer), 2012-ci ildə Səbinə Babayeva (4-cü yer), 2013-cü ildə Fərid Məmmədov (2-ci yer) təmsil edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG