Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 01:25

Yolların hər iki tərəfində pullu dayanacaqlar olacaq


Bakı
-
Bakıda tıxacların qarşısını almaq üçün yolların hər iki tərəfində avtomobillər üçün bircərgəli dayanacaqlar yaradılacaq.

Gül bayramında iştirak edən zaman bu barədə prezidentə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məlumat verib.

O bildirib ki, bu dayanacaqlar Dövlət Yol Polisi ilə Bakı şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə müəyyən etdiyi küçələrdə olacaq.

Ödəniş etmək üçün həmin dayanacaqlarda xüsusi bankomatlar da quraşdırılacaq.
XS
SM
MD
LG