Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:35

Hollande Bakıya hansı mesajlarla gəlir?


Francois Hollande
Francois Hollande
-

Mayın 9-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


«WARLICK-İN TƏKLİFLƏRİ QARABAĞIN AZƏRBAYCANIN NƏZARƏTİNDƏN ÇIXARILMASINI NƏZƏRDƏ TUTUR»

Hakim Yeni Azərbaycan Partiyasının rəsmisi ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick-in açıqlamasına – Dağlıq Qarabağ münaqişəsinin həlli üçün irəli sürülən 6 bəndlik təkliflər paketinə münasibət bildirib. İcra katibinin müavini, deputat Mübariz Qurbanlı «Media forum» saytına deyib ki, amerikalı həmsədrin təklifləri Dağlıq Qarabağın Azərbaycanın nəzarətindən faktiki olaraq çıxarılmasını nəzərdə tutur: «Onun təklifləri Dağlıq Qarabağ ətrafında ermənilərin işğal etdikləri rayonları qaytarmaqla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Azərbaycana tabe olmayan hansısa qurumun yaradılmasıdır. Hətta gediş-gəliş üçün Laçın dəhlizi adı altında böyük bir ərazinin Ermənistanın nəzarəti altına verilməsini təklif edir. Təkliflərdə Azərbaycanın ərazi bütövlüyünə şübhə yaradan məqamlar var. Hesab edirəm ki, həmin təkliflər Azərbaycanın maraqlarına uyğun deyil».

BƏLKƏ YAVAŞLAYAQ?
Azər Rəşidoğlu
Azər Rəşidoğlu
«Yeni Müsavat» qəzetində Azər Rəşidoğlu Prezident İlham Əliyevin sitatına ironik şəkildə eyham vurur. Müəllifin fikrincə, Azərbaycanda vəziyyət heç bir zaman indiki kimi narahatedici olmayıb:

«İndi yalnız müxalifətçilər təqiblərə məruz qalmırlar. Artıq müstəqil media mənsubları, ictimai fəallara qarşı yönələn təqiblər də son dərəcə iri miqyaslı təsir bağışlayır. İfrat dərəcədə qütbləşmiş cəmiyyətlərdə müstəqil olan simalar tərəfləri barışdırmağa çalışır, münasibətlərin daha antaqonist çalar almasına mane olurlar. Ən acınacaqlısı odur ki, bu gün Azərbaycanda müstəqil baxışlılardan ibarət düşərgə də darmadağın edilir».

HOLLANDE BAKIYA HANSI MESAJLARLA GƏLİR?

«Azadlıq» Fransa prezidenti Franscois Hollande-in Bakıya gözlənən səfərindən yazır:

«Səfər zamanı Fransa-Azərbaycan, Avropa Birliyi-Azərbaycan münasibətləri müzakirə olunacaq. Məlum olduğu kimi, Rusiyanın Krımı işğalından sonra Avropanın Rusiyadan qaz asılılığını azaltmaq üçün ciddi səylər göstərdiyi müşahidə olunur. Avropa rəsmilərinin bildirdiyi kimi, Azərbaycan bu məsələdə kifayət qədər ciddi əhəmiyyət kəsb edir. Deməli Avropa ilə Azərbaycan arasında enerji sahəsi ilə bağlı Fransa prezidentinin görüşü zamanı ciddi müzakirələrin aparılacağı şübhəsizdir. O da aydındır ki, müzakirələr zamanı Qarabağ məsələsinə də toxunulacaq. Eyni zamanda Avropanın aparıcı dövlətlərindən birinin rəhbəri kimi Fransa prezidenti Azərbaycan-Avropa Birliyi münasibətlərini də ciddi şəkildə müzakirə etməyə çalışacaq. Güman olunur ki, Azərbaycan hakimiyyətinin son vaxtlarda atdığı repressiv addımlar Azərbaycanı Avropadan daha da uzaqlaşdıracaq məsələ olduğundan Fransa prezidenti bu məsələyə də müzakirələr vaxtı münasibət bildirəcək».

MÜASİR QANUNVERİCİLİK SİSTEMİNİN BANİSİ
Oqtay Əsədov
Oqtay Əsədov

«Azərbaycan» qəzeti Azərbaycan Respublikası Milli Məclisinin Sədri, YAP Siyasi Şurasının üzvü Oqtay Əsədovun yazısını dərc edib.

«Heç də təsadüfi deyil ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində xalq Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu seçimlə Azərbaycan xalqı müstəqillik yolunda yeni bir dövrə qədəm qoydu.

Bu dövrdə ölkə hələ də sovetlər zamanında qəbul edilmiş qanunlarla idarə olunurdu. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra artıq yeni Əsas Qanunun - Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. 1993-cü ildə prezident seçkilərinin keçirilməsinə baxmayaraq, respublikanın ictimai-siyasi həyatında baş vermiş dəyişikliklər ölkənin əsas sənədində öz əksini tapmamışdı. Bütün bunlar müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasını şərtləndirən amillərdən idi».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG