Keçid linkləri

2017, 22 Yanvar, bazar, Bakı vaxtı 08:02

Dövlət katibinin müavini Rusiyanın hərəkətlərini "məsuliyyətsiz" adlandırıb


Qazaxıstana səfər edən ABŞ Dövlət katibinin müavini Burns ölkə prezidenti Nazarbayevlə görüşüb.

Onlar Qazaxıstanın Dünya Ticarət təşkilatına qoşulması, eləcə də Ukrayna və Əfqanıstan məsələrini müzakirə ediblər.

Burns deyib ki, ABŞ Rusiya ilə qarşıdurmada maraqlı deyil, ancaq Rusiyanın özünün indiki təhlükəli və məsuliyyətsiz yolunu davam etdirdikcə, ABŞ öz beynəlxalq tərəfdaşları ilə tədrici təzyiq göstərəcək.

Nazarbayev deyib ki, o, mart ayında ABŞ prezidenti Obama ilə cari vəziyyəti müzakirə edib.

Burns Qazaxıstana Özbəkistana səfərdən sonra gəlib
XS
SM
MD
LG