Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:26

Azərbaycanlı aktyor Kann festivalına dəvət alıb


Rasim Cəfərov
Rasim Cəfərov
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfərovun rol aldığı “Torn” qısametrajlı filmi Kann Kino Festivalının müsabiqədənkənar proqramında nümayiş olunacaq.

Teatrın mətbuat xidmətinin AzadlıqRadiosuna verdiyi xəbərə görə, film festivalın “Rejissor həftəliyi” proqramına daxil edilib.

Filmin rejissorları Elmar İmanov və Engin Kundağdır.

İki dünya haqqında olan qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın – ata və oğulun həyatından bir epizod təqdim olunur.

Film Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib.

Mayın 14-dən – 25-dək davam edəcək festivalda iştirak etmək üçün aktyor Rasim Cəfərov bu günlərdə Fransaya yola düşəcək.

“Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır.

1968-ci ildəki çıxışlardan sonra yaranan bu proqram bütün dünyanın müstəqil müəllifləri üçün platforma rolunu oynayır.

Bir zamanlar burada indi dünyaca məşhur olan rejissorların - Werner Herzog-un, Rainer Werner Fassbinder-in, Michael Haneke-nin, Martin Scorsese-nin, Francis Ford Coppola-nın debütü olub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG