Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:10

Bakıda Beynəlxalq Təhsil Kompleksinin həyətində yanğın olub


-
“Bakının Bibiheybət qəsəbəsində yanğın Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin həyətindəki məişət tullantılarının yığıldığı ərazidə baş verib”.

Bunu “APA”ya ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev deyib.

Onun sözlərinə görə, təhsil kompleksinin binasında yanğın hadisəsi qeydə alınmayıb:

“Orada yanan fəhlələr tərəfindən atılan məişət və tikinti materiallarının tullantılarıdır.

Orada tikinti işləri aparılır. Sadəcə güclü külək olduğundan haradansa qığılcım düşüb, bu isə tullantıların yanmasına səbəb olub”.

N. Quliyev deyib ki, ətrafdan müşahidə olunan yanan zibilliyin tüstüsüdür: “Bu isə uzaqda baxanda binanın yanması kimi görünür”.

ARDNŞ rəsmisi bildirib ki, bununla belə, təhsil kompleksində təhsil alan bütün şagirdlər evakuasiya edilib: “Heç bir şagird xəsarət almayıb”.
XS
SM
MD
LG