Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:36

Berlin metrosunda NİDA-çılarla bağlı süjet göstərildiyi deyilir



“Berlin metrosundakı bütün tv ekranlarında NİDA-çıların hәbsi, әlәlxüsus da Ömәr Mәmmәdov barәdә 20-30 saniyәlik sujet göstәrdilәr”.

Bu barədə Almaniyada yaşayan bloger Həbib Müntəzir özünün facebook profilində yazıb.

“Eşq olsun İlham Әliyevә, Azәrbaycan hәqiqәtlәrini bütün dünyaya çatdırır” deyə o statusunda bildirir.

Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi 8 NİDA-çı barədə hökm çıxarıb. Gənclərə 6 ildən 8 ilədək həbs cəzası verilib.

NİDA-çılar ötən ilin mart-aprel aylarında həbs edilib. Onlar xuliqanlıqda, narkotik vasitələri qanunsuz saxlamaqda, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlara qatılmaqda ittiham olunurlar. Hərəkat üzvləri ittihamları qəbul etmir, həbslərinin siyasi sifariş olduğunu bildirirlər.
XS
SM
MD
LG