Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 06:10

Ağdaşda avtomobil Şirvan kanalına düşüb, sürücü ölüb


Ağdaşda «VAZ» markalı avtomobil Şirvan kanalına düşüb, 1 nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə, Ağdaş rayonu, Qoşaqovağ kəndində Şirvan kanalına «VAZ» markalı minik avtomobili düşüb və içərisində bir nəfər olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü idarəetməni itirib və su kanalına düşüb.

Xilasedicilər sürücünün meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
XS
SM
MD
LG