-
Mayın 7-də Bakıda Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) keçirilib. Sammit IDEA İctimai Birliyi tərəfindən təşkil olunub.
Konfransın məqsədi pişik mütəxəssislərini, tədqiqatçıları və biomüxtəliflik sahəsində çalışan insanları bir araya toplayaraq böyük ikonik heyvanların qorunmasını müzakirə etmək, bilik və təcrübələri bölüşməkdir.
Sammit Heydər Əliyev Mərkəzində keçirilir.
İştirakçılar dünyanın qabaqcıl pişik mühafizəsi mütəxəssisləri ilə yanaşı, əsas beynəlxalq ekoloji QHT-lərin nümayəndələrindən, Qafqaz regionundakı tərəfdaşlardan və yerli akademiklərdən ibarətdir.
Sammitdən sonra nümayəndələrin, Azərbaycanın müxtəlif landşaftları və ekosistemlərilə tanış olmaq üçün “heli-trek” (vertolyot turu) ekspedisiyasında iştirak etmək imkanları olacaq.
IDEA - Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi 2011-ci ildə yaradılıb. Birliyə Heydər Əliyev fondunun vitse-prezidenti, Azərbaycan prezidentinin qızı Leyla Əliyeva rəhbərlik edir.