Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Noyabr, Cümə, Bakı vaxtı 00:15

Bakıda «ASAN xidmət»in yeni mərkəzi açılıb


Mayın 7-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4 saylı Bakı «ASAN xidmət» mərkəzinin açılışı olub.

İlham Əliyev mərkəzin açılışında iştirak edib.

Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib ki, 4 saylı «ASAN xidmət» mərkəzi Sabunçu, Xəzər, Pirallahı rayonlarında qeydiyyatda olan 407 min 700 vətəndaşa xidmət göstərəcək.

Mərkəzdə 10 dövlət orqanı 30 növ xidmət göstərir. Burada 28 növ funksional yardımçı xidmətlər təşkil edilib. Mərkəzdə müasir avadanlıqla təchiz edilmiş İnnovasiyalar otağı var.

Xəbəri prezidentin rəsmi saytı yayıb.
XS
SM
MD
LG