Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:03

Mariupol şəhər şurasının binası azad edilib


-

Mayın 7-nə keçən gecə yerli drujinaçılar Donetsk vilayətinin Mariupol şəhər şurasının binası azad edib. Bina bundan əvvəl Rusiyayönlü qüvvələr tərəfindən zəbt olunmuşdu.

Yerli medianın xəbərinə görə, hazırda barrikadalar sökülür. Binanın qarşısında bir neçə milis maşını dayanıb, nəqliyyatın hərəkəti bərpa olunub.

Bütün gecə şəhərin mərkəzində təkərlər yandırılıb, bəzi yerlərdə atışma olub.

Şahidlərin sözlərinə görə, axşam şəhərdəki hərbi baza yaxınlığında qara kamuflyajda adamlar görünüb.
XS
SM
MD
LG